Bugün ölkə başçısının müvafiq Sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu. Sərəncamda deyilir Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Rəşad Tağıyev uzun müddət Bakı Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsində işləmiş, daha sonra Təhsil Nazirliyində Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri olmuşdur.