şğaldan azad olunan Laçın rayonunun girişinə rayonun adı yazılan lövhə quraşdırılıb.
Rubin.az xəbər verir ki, bu barədə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, artıq lövhə girişdə quraşdırılıb: “Hələlik, bir yerdə quraşdırılıb. Lövhə rayonun Güləbird kəndində yerləşdirilib. Üzərində Azərbaycan bayrağı olan ikinci lövhə isə hələlik quraşdırılmayıb”.