Milli Məclis Sədrinin müavini Adil Əlyev öz Facebook səhifəsində “YAŞAT” fondu barəsində yazmışdı. Vitse spiker yazıda qeyd edir ki, “Ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş vətəndaşlarımız, yaralanmış qazilərimiz və onların ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və qayğısının mərkəzində olmuşlar.
Bu səbəbdən də, Vətən müharibəsində düşmən üzərində qələbə qazanmaqla 30 illik nisgilə son qoyan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması olduqca mütərəqqi bir hadisədir. Şəhid ailələrimizin, qazilərimizin qayğılarının və çətinliklərinin həll edilməsi “YAŞAT” fondunun əsas məqsədini təşkil edir. Mən əminəm ki, hər birimiz şəhidlərimizin bizə əmanəti olan ailələrinin qayğılarının həll edilməsinə səfərbər olacıq. Allah şəhidlərimizə rəhmət, ailələrinə səbr və qazilərimizə şəfa versin.” Yazının sonunda Sədr müavini cənab Preidentin “Biz birlikdə güclüyük!” şüarı ilə
tamamlamışdır.