Azərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi vurulmayıb.
Rubin.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı açıqlama verib:
“Bu gün erməni tərəfi yenə də Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının vurulması barədə yanlış məlumatlar yayıb. Bir daha təkrar edirik ki, Azərbaycan Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi də vurulmayıb. Əksinə, Azərbaycanın hücum PUA-ları Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasını məhv etməyə davam edir. PUA-larımız mütəmadi olaraq ictimaiyyətə təqdim olunur. Ermənistanın Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yayaraq hərbi əməliyyatlarla bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”,-deyə Dərgahlı qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qarabağda bir Azərbaycan təyyarəsinin iddia etmişdi.