IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılır.

Nazirlikdən “Rubin.az”a verilən məlumata görə ,Azərbaycanda koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb.

Müsabiqə üzrə yaranan suallarla bağlı grants@edu.gov.az elektron ünvanına müraciət edə bilərsiniz.