Təhsil Nazirliyi və ona tabe qurumlardan koronovirusla mübarizəyə dəstək-510 min manat

Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyi də ianə köçürüb.

“Rubin.az”  xəbər verir ki, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyinin Mərkəzi Aparatı, həmçinin tabeliyində olan bir sıra idarə və agentliklər tərəfindən 510 min manat vəsait köçürülüb.