“Bir şəhid anasının ah-naləsini, atasının çəkdiyi əzab hissini sözlərlə ifadə etmək çox çətindir…” – FATMA YILDIRIM – FOTOLAR

Bu gün Bərdənin Qazıqurdalı kəndində şəhid Qarayev Eltun Elman oğlunun üç mərasimində iştirak etdim. Qəhrəman vətən övladımızın məzarına baş çəkdim. Doğmaları ilə kədərlərini bölüşdüm.

“Rubin.az”  xəbər verir ki, bunu Bərdədən yeni seçilən millət vəkili Fatma Yıldırım deyib.

“Bir şəhid anasının ah-naləsini, atasının çəkdiyi əzab hissini sözlərlə ifadə etmək çox çətindir. Bu acılı ananın daima yanında olmalı və öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Bir daha şəhidimizin ailəsinə səbr diləyir, xatirəsini ehtiramla yad edir, Allah rəhmət etsin deyirəm. Ruhun şad olsun, əziz Vətən övladı!”-deyə, o, əlavə edib.