YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin fəal könüllüləri şəhid analarını təbrik etdilər – FOTOLAR

Bərdə rayonunda  “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid analarını ziyarət edərək bayramlarını təbrik etmişlər.

“Rubin.az”  xəbər verir ki, YAP Bərdə  rayon təşkilatı Gənclər Birliyinin fəal könüllüləri “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailəsinə baş çəkiblər. Onları bayram hədiyyələri ilə təbrik edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş övladlarını itirən analara öz ehtiramlarını bildiriblər.

Gənclər görüş zamanı bildiriblər ki, şəhidlərimiz kimi, onların anaları, bacıları, ailə üzvləri də bizim üçün çox qiymətlidirlər.