YAP Bərdə rayon təşkilatı “Daha güclü Azərbaycan naminə!” devizi ilə təbliğat kampaniyasına start verib

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə təbliğat kampaniyası start verib.“Rubin.az” xəbər verir ki,Seçkilərdə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə  təbliğat-təşviqat kampaniyası aparan Yeni Azərbaycan Partiyasının namizədlərinin – 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Fatma Vidadi qızı Yıldırımın və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə Qnyaz Vəli oğlu Məmmədovun seçki plakatları  müvafiq seçki məntəqələrinin ərazisində lövhələrə vurlub.