Fakttv.com xəbər verir ki,Ə.Əliyeva 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə 46 saylı Şirvan Seçki Dairəsindən namizədiliyini irəli sürüb və qeydə alınıb.
Əliyeva Əsmər Əlmusa qızının bioqrafikası haqqında qısa məlumat verək.
Əliyeva Əsmər Əlmusa qızı 1985-ci ildə Bakı şəhərində anadan olub.2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli ortaməktəbi bitirib.
2000-2004-ci illər də Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr pilləsi üzrə, 2004-2006-cı illərdə Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr pilləsi üzrə təhsil alıb.Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosentidir.
Əliyeva Əsmər Əlmusa qızı 2008-ci ildə istehsalatdan ayrılmadan BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının qiyabi doktoranturasına daxil olmuş və 27 oktyabr 2012-ci il tarixdə hüquq üzrə fəsləfə doktorluğu dissertasiyası müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Ə.Əliyeva Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimidir və əlavə olaraq,Azərbaycan Respublikası İqtisad Universitetinin „SABAH“ qrupları üzrə müəllim işləyir.
Ə.Əliyeva 1 dərs vəsaitinin, 1monoqrafiyanın, 30 dan çox elmi məqalənin,3 tədris proqramının tərtibçisidir.
Ə.Əliyeva 26-27 noyabr 2014-cü ildə O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında “Maliyyə mübahisələri:problemlər və həlliyolları” mövzusunda keçirilmiş Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.“Gömrük rüsumlarının AR-nın vergi və ödəmələr sistemində yeri və təsnifatı” məruzəsi konfrans materiallarında çap olunmuşdur.
BDU-nun rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə “Fəxri Fərman”la təltif edilmişdir.
Aləlidir,üc övladı var