Vüsal Məmmədov: “Cəmiyyət bütün inkişafını müəllimlərə borcludur”

 

Müəllimlik ən müqəddəs və ən şərəfli peşədir. Müəllimlik bütün peşələrin zirvəsidir. Müəllimlər isə cəmiyyətin ən dəyərli və ən mötəbər simasıdır. Əgər müəllim olmasa heçbir elmi savada sahib ola bilmərik. Müəllim adına ən yüksək dəyəri və qiyməti xalqımızın ümummilli lideri‚ ulu öndər Heydər Əliyev verərək demişdir:
“Mən‚ müəllim adından daha şərəfli bir ad tanımıram!”
Dövlətimiz hər zaman təhsilə böyük önəm və diqqət göstərib. Ümummilli lider‚ Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətimiz qurularkən təhsilə qayğı və təhsilimizin inkişafı məsələsi hər zaman ön planda olmuşdur. Ulu Öndər Heydər Əliyev həyatda yaşadığı müddətdə təhsilimizin daha da inkişaf etməsi üçün əlindən gələni etmişdir. Bu gün isə Ulu Öndərin layiqli davamçısı‚ ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təhsilimizə hər cür qayğı və diqqət gösrilərək inkişaf etdirilməyə çalışılır.
Bu gün təhsilimiz bütünlüklə Dövlət qayğısı ilə əhatə olunub.
Müəllim adı müqəddəs‚ şərəfli və ən uca addır. Dostluğumda olan bütün müəllimləri və eləcə də müəllim adını daşıyan hər kəsi “5 Oktyabr Müəllimlər Günü” münasibətilə təbrik edirik.
Bütün müəllimlərin peşə bayramı mübarək olsun.

Vüsal Məmmədov