Mirsamir Məmmədov: “Dövlətimiz və xüsusən cənab Prezident təhsilə hər zaman yüksək qayğı göstərib”

 

Bu gün ölkə təhsili özünün ən yüksək inkişaf dövründədir. Dövlətimiz Ulu Öndər Heydər Əliyev tərəfindən qurularkən təhsil sisteminin inkişafı ən prioritet mövzu olaraq Dövlətimizin və Ulu Öndərin ən başlıca siyasəti olmuşdur və bu gün də bu proqram möhtərəm cənab Prezident tərəfindən uğurla davam etdirilir.
Bunu müəllimlər günü ilə bağlı fikirlərini bölüşərkən politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədovun qeydlərini təqdim edirik:
Müəllimlik ən müqəddəs peşədir. Müəllim olmasa mövcud dünya da olmaz. Hazırda hər şey təhsilin və elmin üzərində qurulub. Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev də hər zaman bildirir ki‚ biz ancaq elmin və təhsilin hesabına inkişaf edəciyik. Bu gün doğrudan da bəşəriyyət elmin və təhsilin inkişafına inkiçaf edir. Bu səbəbdən Dövlətimiz təhsilə çox yüksək önəm verir. Hələ Azərbaycan dövləti xalqımızın ümummilli lideri‚ ulu öndər Heydər Əliyev hakimiyyət başına qayıtdıqdan sonra‚ məzh ulu öndərin qayğısı‚ ciddi diqqət və dəstəyi nəticəsində ölkəmizdə təhsil inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyev ən çox önəm verdiyi sahə ölkəmizdə elm və təhsilin inkişafı məsələsi olub. Bu gün də Dövlət başçısı tərəfindən təhsilimizə və müəllimlərə yüksək qayğı göstərilir. Ölkəmizdə çoxlu sayda məktəblər tikilir‚ təhsillə bağlı müasir texnologiyalar yaradılır‚ ölkənin hər yerində məktəblər mütamadi təmir edilir və insanların ixtiyarına verilir. Təhsilimizin inkişafı və ölkəmizdə müassir texnologiyalarla təchiz edilmiş məktəb və təhsil ocaqlarının və həmçinin məktəbə qədər təhsil müəssilərinin inşası‚ yenidən qurulması və müasirləşməsi məsələsi birbaşa hörmətli birinci Vitse-prezident‚ ölkənin birinci xanımı‚ Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir və bu günümüzdə Mehriban xanımın ciddi dəstəyi nəticəsində Dövlətmiz tərəfindən bu sahədə mütamadi əməli işlər görülür və təhsilimiz yenilənir. Heydər Əliyev Fondu bu istiqamətdə misilsiz işlər həyata keçirib. Və Fondun təşkilatçılığı ilə çox mühüm layihələr həyata keçirilir. Bu səbəbdən ölkəmizdə elmin və təhsilin səviyyəsi günbəgün yüksəlir. Təhsillə bağlı ölkəmizdə mütamadi ciddi Dövlət proqramları həyata keçirilir ki‚ bu da Dövlət başçısının təhsilə qayğısının təzahürüdür.

Mirsamir Məmmədov
Politoloq