Bu gün Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin dənizə düşməsi nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, hüzr mərasimindən əvvəl pilotun ailəsi onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.
Ziyarətçilər arasında onun hərbçi dostları da var.
***
Pilotun anası məzarı başında oğluna ağı deyib. O oğlunun ölümünü qəbul edə bilmədiyini bildirib: “Oğlum mənə can, nəfəs verirdi. Gözlərimdən yaş yox, qan axır. Məni heç hara aparmayın. Qoyun balamla vidalaşım. Ölənə qədər sənə ağlayacam. Rəşad, oğlun səni görməyə gəlib, deyir atam ölməyib…”