Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılış mərasimində BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verilib.
Bildirilib ki, avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır