Ali məktəblərə qəbul olmayanlar üçün ŞANS: DİQQƏT

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
“Rubin.az” Lent.az -a istinadən xəbər verir ki, tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Əgər bu müddətdə sözügedən tələbələr qeydiyyatdan keçməsələr, bu hal onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir.
ı
Qeyd edək ki, universitetə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust – 2 sentyabr tarixlərində həyata keçiriləcək.