Bu kənd kimyaçıları ilə məhşurdur – VİDEO

200 alinənin yaşadığı kənddə demək olar ki, hər evdə kimyaçı və ya əsas təhsilini kimya üzrə alan bir nəfər yaşayır.Bu kənd Tovuz rayonunda dağlar qoynunda yerləşir.

Kimyaçılar bu kənddə artıq 50 ildir yetişir və ildən ilə də sayları çoxalır.Kəndin 150-ə yaxın ali təhsilli müəllimi, 10 elmlər namizədi, 4 elmlər doktoru var Onlardan biri də 73 yaşlı Talıb Mahmudovdur.Deyir ki, müstəqil Azərbaycanın elmlər doktoru olan ilk orta məktəb müəllimidir. O bu yaşında təqaüddə olsa da ənənəyə sadiq qalaraq yay tətilində də şagirdlərə təmənnasız Kimya fənnini tədris edir.

Kənddəki məktəbin müəllimlərinin də yarıdan çoxu kimya ixtisasının sahibləridir. Hətta buproblem olmasın deyə ixtisasını dəyişib başqa fənni tədris edənlər də var.

Şagird sayı az olsa da Sarıtala orta məktəbinin məzunlarınçoxu ali məktəblərə daxil olub. Onların da əksəriyyəti ənənəyə sadiq qalaraq kimya istiqamətli ixtisasları seçirlər.

xezerxeber.az