Çoxmənzilli binaların idarə olunması prosesində sahə mülkiyyətçilərinin hüquqları və vətəndaş mədəniyyətinin formalaşmasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərin roluna həsr olunan tədbirlərin təşkili” adlı layihəsinin açılış tədbiri keçirildi

07 iyun 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qalibi olmuş “İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin “Çoxmənzilli binaların idarə olunması prosesində sahə  mülkiyyətçilərinin hüquqları və vətəndaş mədəniyyətinin formalaşmasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərin roluna həsr olunan tədbirlərin təşkili” adlı layihəsinin açılış tədbiri keçirildi. Tədbirdə qonaq qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil Kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Orxan Əlixanlı, Binəqədi rayon Bələdiyyəsinin sədri Salman Umudov və təlimçi Anar Əliyev iştirak edirdilər. Tədbirin əvvəlində layihə iştirakçıları çay süfrəsində iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan “İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin sədri Tağızadə Kənan layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. Daha sonra layihə haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Orxan Əlixanlı layihə iştirakçılarını salamlayaraq, layihəyə işində uğurlar arzuladı.

Daha sonra çıxış edən təlimçi Anar Əliyev sahə mülkiyyətçilərinin hüquqları və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti barəsində layihə iştirakçilarına ətraflı məlumat verdi.

Sonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil Kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxış edərək, Mənzil Məcəlləsində edilən dəyişikliklər barəsində elecə də, MMMC-lərin fəaliyyəti barəsində məlumat vermiş və layihə iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırmışdır.