Yevlaxda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bədii-qiraət müsabiqəsi keçirildi

YAP Yevlax Şəhər Təşkilatında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bədii-qiraət müsabiqəsi keçirildi.
“Rubin.az” xəbər verir ki,müsabiqəni YAP Yevlax Şəhər Təşkilatının Aprat rəhbəri Əli Quliyev açar bildirdi ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və YAP Yevlax şəhər təşkilatının tədbirlər planına əsasən cənab Prezident İlham Əliyevin 2019-cu ilin Nəsimi ili elan etməsi ilə əlaqədar görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə YAP Yevlax Şəhər Təşkilatı və Yevlax Şəhər Təhsil Şöbəsi bədii-qiraət müsabiqəsi keçirmişdir. Müsabiqənin ilkin mərhələsi Yevlax şəhər ümumtəhsil tam orta məktəblərinidə 11-ci sinif şagirtləri arasında aparılıb. Bu gün Birinci mərhələdən seçilən 25 şagirdin iştirakı ilə müsabiqənin final mərhələsi keçirildi. Münsüflər heyətinin qərarı ilə üç nəfər şagird birinci,ikinci,üçüncü yeri tutmaqla müsabiqənin rayon mərhələsində yer tutaraq Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandılar.