Mirzəxan kənd tam orta məktəbində Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib

Mayın 10-da Bərdə rayon E.Əhmədov adına Mirzəxan kənd tam orta məktəbində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Rubin.az” xəbər verir ki,tədbirdə çıxış edən məktəbin direktoru Ruhiyyə Ağayeva  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.
Məktəbin tarix müəllimi Rzayeva könül çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi Azərbaycanın hər guşəsində, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiram və sevginin, inamın təzahürüdür.
Sonda şagirdlərin şeir və kompaziyası ilə yekunlaşıb.