Yevlaxda Heydər Əliyevin 96 illik yubileyi silsilə tədbirlərlə qeyd olundu

Bu gün Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı tərəfindən Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirildi.

“Rubin.az” xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edmək məqsədi ilə əvvəlcə şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, İdarə müəsisə və təşkilatlar, şəhər ictimayəti Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra tədbirdə çıx edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov tədbirin mahiyyəti haqqında geniş nitq söylədi. O bildirdi ki, Heydər Əliyev siyasətinin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının borcudur. Bu bizim üçün həm bir məktəbdir, həm də gələcəyimiz üçün prioritetdir. Bu siyasətin gənclər tərəfindən öyrənilməsi bizim qarşıya qoyduğumuz ən böyük prioritet məsələdir. Çünki sağlam gənclik yalniz sağlam siyasi əqidə və uğurlu yolla inkişaf edə bilər. Bu gün Azərbaycanda Heydər Əliyev ideyaları Cənab Prezidentimiz İlham Əliyev tərəfoindən uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda elecə də ölkəmizdən kənarda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.
Sonda YAP Yevlax şəhər təşkilatının 9000-ci üzvunə patiya üzvuluk vəsiqəsi təqdim olundu. Yevlax şəhər təşkilatının Təhsil şöbəsi ilə birgə elan etdiyi məktəblilər arasında inşa yazı müsabiqəsinin qalibləri YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.