
Bakı. Trend:
Almaniyada avtomobil sənayesində işləyənlərin sayı azalıb.
Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin yaydığı məlumatda avtomobil sənayesində
işləyənlərin sayının 721,4 min nəfərə düşərək son 14 ilin ən aşağı
səviyyəsinə endiyi bildirilib.
Təchizatçı şirkətlər iş yerlərinin azalmasından daha çox
təsirləniblər. Avtomobil hissələri istehsalı üzrə məşğulluq bir il
ərzində 11,1 faiz azalıb. Ümumilikdə Almaniya emal sənayesində də
azalma qeydə alınıb və işçilərin sayı 2,2 faiz azalıb. Digər böyük
sənaye sahələrində də geriləmə müşahidə edilib. Yalnız qida
sənayesi istisna təşkil edib, bu sahədə çalışanların sayı 1,8 faiz
artıb.
