
Bakı. Trend:
Son iki ildə Çinə olan birbaşa xarici investisiyaların həcminin
azalması cari ilin ilk 10 ayında da davam edib.
Trend xəbər verir ki, bu ilin
yanvar-oktyabr ayları ərzində ölkədə qeydə alınan birbaşa xarici
investisiyalar 621,9 milyard yuan (təxminən 87,5 milyard dollar)
olub.
İstifadə olunan xarici kapitalın miqdarı ötən ilin eyni dövrü
ilə müqayisədə 10,3 faiz azalıb. Bu dövrdə istehsal sektoruna
investisiyalar 161,9 milyard yuana (22,7 milyard dollar), xidmət
sektoruna olan investisiyalar isə 445,8 milyard yuana (62,7 milyard
dollar) çatıb. Həmçinin elektron ticarətdə investisiyalar 173,1
faiz, tibbi avadanlıq və maşınqayırma istehsalında 41,7 faiz və
aerokosmik avadanlıq istehsalında isə 40,6 faiz artım qeydə
alınıb.
Çinin Ticarət Nazirliyinin açıqlamasında xarici investisiyaların
azaldığı ölkə və regionlar üzrə statistika yer almasa da, Birləşmiş
Ərəb Əmirliklərindən investisiyaların 48,7 faiz, Birləşmiş
Krallıqdan 17,1 faiz və İsveçrədən isə 13,2 faiz artdığı qeyd
edilib.
Cari ilin ilk 10 ayında Çində xarici investisiyalarla 53 min 782
şirkət yaradılıb ki, bununla da yeni qurulan xarici şirkətlərin
sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artıb.
