Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və azərbaycanlı aktivistlər tərəfindən Şuşada Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi postun yaxınlığında keçirilən etiraz aksiyası bir həftədir davam edir.
Aksiyaın başlanmasının səbəbi azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün Rusiya sülhməramlılarının onları əraziyə buraxlmamaları olub. Bu aksiya Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır.
Bu sözləri RUBİN.AZ-a İstedadları tanıyaq və tanıdaq İB-nin sədri Vüsalə Sadıqova (Qələndərli) bildirib.
“Ölkəmizin təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərə göz yuma bilmərik. Bu gün aksiyada yüzlərlə azərbaycanlı iştirak edir. Aksiyada iştirak etmək istəyənlərin sayı isə hazırda burda olanların sayından qat-qat çoxdur.
Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bu bizim Haqq işimizdir. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.
Gözəl Şuşamızda haqq səsimizi həm şüarlarımızla, həm musiqilərimizlə, ən əsası birliyimizlə ucaltmağa davam edirik.
“Azərbaycan oyaqdı, sərvətinə dayaqdı!” “Ekoloji cinayətə son! “, “Save nature, not your pockets!”, “Save nature, save yourself!”, “Стоп экоцид!” -Şüarları ilə aksiyamız hələ də davam edir. Haqlı olaraq başlatdığımız aksiya tələblərimiz yerinə yetirilənə qədər davam edəcək”-deyə QHT sədri əlavə edib.