Milli Məclis sədrinin müavini , millət vəkili Adil Əliyev Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turnirinin açılış mərasimində iştirak edib. İdmançılarımıza uğurlar arzu edərək daim bizi qələbələrlə sevindirməklərini diləyib.
Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən olmaqla ümumilikdə 200-dən artıq idmançı iştirak edir.
RUBİN.AZ