Milli Məclisin sədr müavini Adil Əliyev Qazaxıstan – Azərbaycan münasibətlərinin inkişafında göstərdiyim xidmətlərə, dostluq münasibətlərinin dərinləşməsinə verdiyim töhfəyə görə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayev tərəfindən “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif edildi.
RUBİN. AZ xəbər verir ki, medalı bu gün Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov təqdim edib.