Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır”, – deyə məlumatda bildirilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə də baxılacaq.