Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Yol qəzası zamanı 2018-ci il təvəllüdlü İ.Bayramova xəstəxanaya yerləşdirilib, azyaşlıya lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.