Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DYP-dən “Qafqazinfo” ya verilən məlumata görə, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər isə xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır.