Vəkillər peşə bayramını qeyd edir.

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Rubin.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i “Vəkil günü” kimi qeyd olunur.

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1791 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 395 nəfərdir ki, bunlardan 95 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1396 nəfərdir, bunlardan 103 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 56, regionlarda isə 37 vəkil qurumu fəaliyyət göstərir.

sentyabrın 27-dən, döyüşənlərin başladığı ilk günlərdən Rəyasət Heyətinin qərarına əsasən, “Vətən Müharibəsi” ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilmişdi.

Rubin.az kollektivi olaraq, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov başda olmaqla bütün vəkilləri peşə bayramı münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzu edirik.