Azərbaycanda son sutkada 155 nəfər COVID-19-a yoluxdu

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan rubin.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 38327 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 35756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2009 nəfərdir.