Qəbul imtahanında Bərdə rayonu üzrə ən yüksək bal toplayan gənc

 

Bərdə şəhəri, Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbin şagirdi İlyas İlyaslı bu il keçirilən qəbul imtahanında rayon üzrə ən yüksək nəticəni göstərərək 685 bal toplayıb. Qeyd edək ki, İlyas IV ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni göstərən gənclərimizdən biridir.  İlyas İlyaslı bu uğurunu mütəmadi dərslərini yüksək səviyyədə yerinə yetirməsində, hazırlaşdığı dövrdə dərslərinə yaxşı hazırlaşmasında görür. Gəncimizə təhsilində uğurlar arzu edir və uğurlarının davamlı olmasını diləyirik.