Lalə Azərtaş da “Xəzər”ə gedir? – Yenilənib

“ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş uzun illər sonra çalışdığı telekanalla yollarını ayırır.

“Rubin.az”  Axşam.az-a istinadən xəbər verir ki, aparıcı iş yerini dəyişmək qərarını alıb. Bildirilir ki, Lalə yaxın günlərdə efirə “Xəzər” telekanalında çıxmağa başlayacaq.

O, sözügedən telekanalın rəhbəri Murad Dadaşovdan gələn təklifi müsbət dəyərləndirib və tərəflər arasında razılıq baş tutub.

***

Aparıcı Lalə Azərtaş çalışdığı ATV ilə yollarını ayırması barədə yayılan məlumata münasibət bildirib.

O, instaqramda video paylaşaraq Xəzər TV-də efirə çıxmayacağını qeyd edib: “18 ildir ATV-də bir xəbər aparıcısı kimi formalaşmışam. Ora mənim ikinci yox, birinci evimdir. 18 il orada çalışmışamsa, bu o demək deyil ki, bundan sonra da orada çalışacam. Təbii ki, bu qərar varsa, ATV-dən getmişəmsə, kanalın prezidentinə məlumat verəcəm. Ola bilər ki, Xəzər TV-nin efirində məni görə bilərsiz, bu, mümkündür. Amma cavabım bu gün üçündür. Mən hər birinizi “ATV xəbər”də gözləyirəm. Yenə də sizlərə ATV-dən “Axşamınız xeyr” deyəcəm”.