Son günlər Tovuz rayonu istiqamətində erməni terroristlərinin həyata keçirdiyi təxribat nəticəsində ordumuzun zabit və əgərlərinin qəhrəmancasına şəhid olması bizi mənəvən təsüffləndirib məyyus etsə də bir o qədər də qürürlandırıb intiqam hissi ilə alovalandırır. Bu gün çalışdığı sahədən aslı olmayaraq hər birimiz bir əsgərik və Ali Baş komandan cənab İlham Əliyevin səfərbərlik çağırışını gözləyirik. Ancaq bu şans hələki bizə verilmir. Hesab edirəm ki, vətənimizin azadlığı uğrunda döyüşlərə atılmaq istəyən, gözləmə mövqeyində duran hər kəs öz rolundan, şəxsi mövqeyindən çıxış edərək ordumuza dəstək nümayiş etdirməlidir. Baxıram sosial şəbəkələrdə vətəndaşlarımız dezinformasiyalara bəzən daha çox diqqət edirlər. Öz tərəfimizin itkilərini, öz məyyusluğumuzu bəzən daha çox paylaşırlar.
Mən öz adımdan şəxsən xahiş edirəm gəlin düşmənə vurulan zərbələri düşmən ölkədə yaranan çaxnaşmaları, Azərbaycan ordusunun nəyə qadir olduğunu daha çox paylaşaq. Bu gün gözləmə mövqeyində dayanan bizlərin bunnan başqa bir dəstəyi yoxdur. Şəhidlərimiz ailələrinin yanında olmaqla yanaşı onları qururlandırmağı da bacaraq. Bu gün Azərbaycan ordusu oz qüdrətini bir daha göstərir. Biz ordumuzun nəyə qadir olduğunu çox gözəl bilirik. Əlbətdə müharibənin nə olduğunu hərbi xidmət keçən, döyüşlərdə olan vətəndaşlarımız daha gözəl bilir. Ön cəbəhdə hərbi qulluq keçmiş ehtiyyatda olan bir kəşviyyatçı olaraq demək isdərdim ki, “bir kişi üçün səngərdə vuruşub aldığı intiqamdan gözəl yüksək ikinci bir qururlu an ola bilməz”. Allah vətənini sevən hər kəsə nəsib eləsin.
Ancaq düşünürəm ki, kor koranə yürüşlər, aksiyalar etməməliyik. Ehtiyac yarandığı tədqirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun müvafiq şəhər -rayonlar üzrə yerli idarələrinə müraciət etməliyik.
Şəhidlərimizin izdihamlı dəfin mərasimlərini laiqincə yerinə yetirməliyik. Bundan başqa küçə və yollara çıxmaqla, lazımsız vidio və foto çəkilişlərr etməklə biz polis və hərbi qulluqçularımızı məşğul edərək əslində mövcud vəziyyətə kömək etmək, dəstək olmaq əvəzinə mane olmuş oluruq.
Atalar deyib: “ El bir olsa dağ oynadar yerindən” . Bu gün bütün sahələrdə birlik həmrəylik vaxtıdır. Bir təəssüfləndirici məqamda var ki, nədənsə Fars generalı Qasım Suleymanini milli qəhraman edən vətəndaşlarımız inidi şəhid generalımız , başımızın tacı Polad Həşimovu və digər şəhid olmuş qardaşlarımızın nə adını çəkir nədə rəsmini paylaşır. Bu meqamda baş itirmək lazım deyil, bu ölkədə agent qismində içərimizə yerləşdirilmiş belələrini də tanımaq lazımdır. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” dahi şairimizin sözləri bü gün bir daha öz yerini tutur. Bu vətənin bu torpağın hər daşı hər qayası bizimdir. Biz ayıq sayıq olmalı, həmrəy olmalıq. Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Əsgərlərimizi qorusun.
Əli Quliyev: YAP Yevlax rayon təşkilatının sədr müavini ,
Yevlax şəhər Təhsil Şöbəsinin metodisti.