Müstəqillik! Bəli qazanılması qədər qorunub gələcək nəsillərə çatdırılması çətin olan bir zirvə. Biz bu zirvəni yüzlərlə oğul və qızlarımızın canı-qanı bahasına fəth etmişik. Müstəqil olmaq, azad olmaq bir xalq olaraq ideologiyamızın təməl daşlarına çevrilmişdir hərzaman. Bunun nəticəsidir ki, mənim xalqım yetmiş illik əsarətin zülmündən xilas olub müstəqilliyini bərpa etmək üçün cavan, qoca, kişi, qadın demədən öz canlarını bu vətənin azadlığı uğrunda qurban verərək qanları ilə tarix yazdılar. Bəli biz müstəqilliyi bizlərə ərmağan edən o nəslin davamçılarıyıq. Hərzaman qonaqpərvərliyimiz, dosdluğa sədaqətimiz, köməksizə əl tutmağımız bəzən bizlər üçün böyük xəyanətlərlə nəticələnib. Bunun bariz nümunəsi olan mənfur düşmən Ermənistanda süfrəmizin kənarında oturub, çörəyimizi yeyib, torpağımızda yaşayıb bizlərə xəyanət edərək, bizləri kürəyindən vuranlardandır. Heçzaman bir dövləti, bir yurdu-yuvası olmayan Ermənistan yalnız xəyanətkar əməlləri ilə tarixin səhifəsinə yazılaraq yadda qalıb. 1991-1993-cü illərdə satqın ermənilərin xəyanəti nəticəsində Azərbaycan öz torpağlarının 20% itirməyə məhkum oldu. Həmin tarixi dövürdə bir dövlət olaraq daxilimizdə ermənidən heçdə seçilməyən milli satqınlarla dolu idi ki, bunlarında böyük əksəriyyəti Azərbaycan adlı böyük bir dövlətin dırnaqarası rəhbərləri idilər. Azərbaycan xalqının böyük oğlu və xilaskarı Ulu Öndər Heydər Əliyevin ikinci səfər siyasi hakimiyyətə qaydışı daxildə olduğu kimi, xaricdədə düşmənin xəyanətkar planlarının üstünə xətt çəkmiş oldu. Ancaq düşmən yenə düşmən olaraq qalırdı. Hər vəclə çalışırdı ki,xalqa divan tuta. Bu düşmənin isə öhtəsindən yalnız Ulu Öndər məktəbi keçmiş və bu siyasi kursa sadiq olan bir idarəçi rəhbər gələ bilərdi. Bu isə yalnız alternativi olmayan cənab İlham Əliyev olardı. Yalnız onun rəhbərliyi altında müstəqilliyimizin əbədiliyi mümkün ola bilərdi. Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Azərbaycan həqiqətləri dünya ictimayətinə çatdırılır, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolunda həllinə çalışılır. Ancaq mənfur düşmən sülhün yox, müharibənin, günahsız tökülən qanların tərəfdarı olur zamanla. Çünki bir Erməni rəhbər üçün onun əsgəri onun üçün muzdlu bir insan təsiri bağışlayır. Ermənistan rəhbərliyi Azərbaycan dövlətinin hərbi gücünün Qarabağ döyüşləri zamanı gördükləri ilə yadda saxlayaraq 2016-cı ilin Aprel döyüşlərini başladı. Sadəcə dörd gün gedən bu mübarizə Ermənistan tərəfinin köhnə xatirələrinin üstündən xətt çəkilərək, onlara uzun bir zaman yaddaşlarından silinməyəcək dərs oldu. Qısa zamanda düşmənin 300-dən çox hərbi qulluqçusu, döyüş texnikası məhv edildi. Azərbaycan torpağlarında özləri üçün qurduğları postlar düşməndən təmizlənərək üç rəngli vətən bayrağını öz əzəli torpağlarımızda dalğalandırdılar. Həmin tarixi hadisələrdən sonra Ermənistan höküməti qorxu və təlatüm içində yaşamağa başladı. Ancaq Ermənistanda hakimiyyət dəyişikliyi və yeni bir səriştəsiz dırnaqarası rəhbərin Nikol Paşinyanın hakimiyyətə gəlişi və onlara yenidən tarixi təkrarlatmağı bizləri vadar etdi. Siyasi arenada təkcə 2020-ci ildə dəfələrlə məğlub olan, söylədiyi saxta və həqiqətə uyğun olmayan absurd fikirləri ilə İlham Əliyev cənabları tərəfindən hər səfərində biyabır olan Nikol Paşinyan siyasi məğlubiyyətinin acığını hərb meydanında çıxmağa çalışdı. Lakin onun Aprel döyüşlərindən biraz olsa belə məlumatı olsaydı yəqin ki, aprel məğlubiyyətinə bənzər bir məğlubiyyəti iyul ayının 12-13 də birdaha yaşamaq istəməzdi. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi və düşmən anındaca cavab atəşi ilə susdurularaq məhvə məkum olundu. Qəhrəman Azərbaycan əsgəri öz torpağında ayıq-sayıq olduğunu və Cənab Ali Baş Komandanın döyüş əmrini hər zaman gözlədiyini birdaha nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bir qarışının belə düşmənə bağışlanmayacağını bildirən qəhrəman hərbi qulluqçularımızdan dördü Vətən Sağolsun deyərək şəhidlik zirvəsinə ucaldılar. Ali Baş Komandan tərəfindən şəhid olanlarımızın intiqamı naminə verilən əmir ordumuz tərəfindən ən müasir silah və texnikalarla zamanında həyata keçirilərək düşmənin dayaq məntəqəsi və çoxlu sayda muzlu canlı qüvvəsi məhv edildi. Azərbaycanla sərhəddə təxribat eyni zamanda Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmışdı. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq bununla mümkün olacaq. Ancaq başı boş Ermənistan rəhbəri növbəti dəfə uğursuzluqla üzləşərək məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Bizdə isə tam əksi yaşandı. Azərbaycan xalqı vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq hərkəs birlik-bərabərlik nümayiş etdirdi birdaha. Cənab Ali Baş Komandanın döyüş əmrini gözləyən xalq vətən deyərək həmrəylik nümayiş etdirdilər. Bu isə Azərbaycanda xalq-iqtidar birliyinin, cənab Prezidentin apardığı məqsədyönlü və dinamik inkişafın bariz nümunəsidir. Öz Prezidentinə inamı xalq əmr gözlədiyini bildirməklə birdaha nümayiş etdirdi ki, Azərbaycan vahid bir mərkəzdən idarə olunan demokratik ölkədir və xalq Azərbaycan Prezidentinin ətrafında bir yumruq kimi cəm olubdur. Məhz cənab Prezidentin sədirliyi ilə 13 iyul tarixində onlin videoformatda keçirilən Təhlükəzislik Şurasının İclasında cəbhədə yaranan gərginliyə görə yalnız Ermənistan hakimiyyəti cavadehdir və Azərbaycan öz ərazi bütövlüyünü qoruyaraq öz şəhidlərinin intiqamını almışdır və bundan sonrada alacaqdır fikiri hər bir Azərbaycanlının daxilindəki vətənpərvərlik eşqini birdaha oyatdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir
Məlahət Vaqifli
Yevlax şəhər Bələdiyyəsinin üzvi
İctimai fəal