Bazar ertəsi, 30 Noyabr 2026 02:59:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Fatma Yıldırım Bərdənin problemləri ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi

09.04.2020 19:57 · 562 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Mən Bərdə seçicilərini təmsil edən millət vəkili kimi rayonun həllini gözləyən bəzi problemlərlə bağlı təkliflərimi Nazirlər Kabinetinə yazılı surətdə təqdim etdim”

Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Fatma Yıldırım təmsil etdiyi Bərdə rayonunun problemləri ilə bağlı çıxış edib.

“Rubin.az” Millət vəkilinin çıxışını təqdim edir:

“Əziz dostlar, doğma Bərdə sakinləri!
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatını dinlədik. Hesabatdan da göründüyü kimi, Azərbaycan Hökuməti ötən il ərzində çox səmərəli fəaliyyət göstərib, qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirib.
Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Bu baxımdan, 2019-cu il Azərbaycanın bütün sahələrdə əldə etdiyi böyük nailiyyətlərlə yadda qalıb. Xüsusilə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar ötən il ərzində də ölkəmizin hərtərəfli inkişafına böyük təkan verib. Bu prosesdə Nazirlər Kabineti də üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirib.
Əziz dostlar, doğma bərdəlilər!
Ötən illər ərzində ölkəmizin regionlarında da böyük quruculuq işləri həyata keçirilib. Təmsil etdiyim Bərdə rayonunda da böyük abadlıq və quruculuq işləri gerçəkləşib. Bütün bunlara görə, ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə Bərdə sakinləri və şəxsən öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm. Amma bununla belə görüləsi işlər hələ də var. Mən Bərdə seçicilərini təmsil edən millət vəkili kimi rayonun həllini gözləyən bəzi problemlərlə bağlı təkliflərimi Nazirlər Kabinetinə yazılı surətdə təqdim etdim. Həmin müraciətimdən Bərdə rayonu üzrə təklifləri diqqətinizə çatdırıram.
1.Hamımız bilirik ki, məişət tullantıları infeksiya mənbəyidir, ekologiya və ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir. Bu gün bütün dünya, o cümlədən ölkəmiz koronovirus infeksiyasına qarşı mübarizə aparır. Gələcəkdə də yeni infeksiyaların yaranmaması, ekologiyanın daha güclü şəkildə qorunması üçün bu kimi problemlərin həlli çox vacibdir. Təmsil etdiyim Bərdə rayonunda seçicilərim tərəfindən ən çox qaldırılan məsələlərdən biri də məişət tullantıları ilə bağlıdır. Araşdırmalarımıza əsasən, həqiqətən rayonda belə bir ciddi problem var.
Bərdə həmin zonada ən böyük rayondur, burada 200 minə yaxın insan yaşayır. Yerli sakinlərlə yanaşı, Bərdədə xeyli sayda məcburi köçkünlər də məskunlaşıb, onlar üçün müasir yaşayış komleksləri tikilib istifadəyə verilib. Demək olar ki, hər gün rayonda 80-100 maşın məişət tullantısı daşınır. Ona görə də, böyük bir rayonda bu problemin həlli çox aktualdır. Hesab edirəm ki, Bərdədə tullantılar üçün poliqonların yaradılması vacibdir. Eyni zamanda, tullantıların yandırılması, idarə edilməsi üçün kiçik də olsa bir müəssisə yaradılsın. Həmin müəssisənin imkanlarından qonşu rayonlar da istifadə edə bilər.
2. Digər problem isə Bərdə şəhərində kanalizasiya sisteminin olmamasıdır. Biz bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulur və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Kanalizasiya sisteminin mövcud olmaması Bərdə sakinlərini çox narahat edir. İnsanlar mənə müraciət edirlər ki, bu problemi həm parlamentdə, həm də müvafiq dövlət qurumlarının qarşısında qaldırım. Mənim vəzifə borcumdur ki, seçicilərimin narahat edən məsələlərin həllinə çalışım.
3.Bildiyiniz kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Bərdə cəbhə xəttinə yaxın olan bölgə kimi öz doğma torpaqlarından didərgin düşmüş insanlara ən çox qucaq açan rayonlardan biri olmuşdur. Məcburi köçkünlərin bir hissəsi rayonun məktəblərində məskunlaşmışdılar. Hazırda da 34 000-dən çox öz yurdlarından didərgün düşmüş vətəndaşımız, həmvətənimiz bu rayonun ərazisində yaşamaqdadır. Lakin artıq həmin köçkünlər dövlət tərəfindən tikilib istifadəyə verilən qəsəbə və şəhərciklərdə müasir evlərlə təmin olunublar. Onların vaxtilə məskunlaşdığı məktəblər isə şagirdlərin istifadəsinə verilsə də, tədris şəraiti muasir standartlara qətiyyən uyğun deyil. Bu səbəbdən, bir neçə məktəbin təcili əsaslı təmirə böyük ehtiyacı vardır. Ona görə də, xahiş etdim ki, Bərdə rayonunun 200 000-ə yaxın əhalisini nəzərə alaraq gələcəkdə investisiya proqramları hazırlanarkən rayonda daha çox məktəblərin yenidən qurulması və ya əsaslı təmiri, həmçinin yeni uşaq baxçalarının açılması nəzərə alınsın.
4. Bərdə rayonunda müasir standartlara cavab verən mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Amma Bərdə şəhər poliklinikası, kəndlərdə bir çox tibb məntəqələrinin də bu standartlara uyğun qurulmasına böyük ehtiyac var.
Hökumət üzvlərindən xahiş edirəm ki, gələcəkdə bu məsələləri nəzərə alaraq onların həlli istiqamətində müvafiq köməklik göstərsinlər.
Həmçinin, Azərbaycan Hökumətinə dünyanı bürümüş koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmaması ilə bağlı həyata keçirdiyi tədbirlərə görə təşəkkürümü bildirdim. İnanıram ki, Azərbaycan hökümətinin sistemli, mütəşəkkil fəaliyyəti öz bəhrəsini verəcək və respublikamız bu sınaqdanda ən az itkilərlə çıxan ölkələrdən biri olacaq”.

↑