Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var
  • Gündəm

Təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var

rubinroot Mart 15, 2020
00000000000

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstə üzvlərini saxlayıb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa apardıqları kompleks tədbirlərə görə təşəkkür edir, belə halları vaxtında məlumat verən ictimai nəzarətin əsas iştirakçıları olan vətəndaşlarımızı alqışlayıram”.

“Rubin.az” Trend-ə istinadən  xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. O, bildirib ki, təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur:

“Məhz ölkə ərazisində yaşıllıq payının artırılması məqsədilə möhtərəm prezidentimiz cənab Ilham Əliyev mühüm tapşırıqlar verir, ağacəkmə aksiyaları həyata keçirilir. Təkcə ötən il birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkildi. Lakin təəssüf ki, dövlətin diqqətdə saxladığı bu məsələyə biganə yanaşaraq təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var. Zənnimcə, onlara qarşı daha ciddi tədbirlər görülməli, sərt addımlar atılmalıdır. Bu sahədə müvafiq qanunvericilik təkmilləşdirilməli, nəzarət gücləndirilməlidir. Gəlin, təbiəti birlikdə qoruyaq”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Türkiyədən Azərbaycana qayıtmaq istəyənlərə – Rəsmi müraciət
Next: Lənkəran Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.