Xəbər verdiyimiz kimi, bu gün “Qazax” əlahiddə sərhəd diviziyasının əsgəri həlak olub.
Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerinə gediblər.
2001-ci il təvəllüdlü Eltun Qarayevin martın 14-ü ad günü olacaqmış. O, 2019-cu ilin aprelində hərbi xidmətə yollanmışdı.
Hal-hazırda əsgərin yas məclisi təşkil edilir. Cənazə dəfn edilmək üçün əsgərin doğulduğu Bərdə rayon Qazıqurdalı kəndinə gətirilir. Dəfn Şəhidlər Xiyabanında keçiriləcək.(Qafqazinfo)