Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, gənc icra başçısının bu günə kimi olan fəaliyyətini araşdırıb.
Qeyd edək ki, M. Seyidov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2006-cı ildə orta məktəbi, 2010-cu ildə isə Azərbaycan Universitetinin bakalavr pilləsini bitirib.
Təhsilini davam etdirən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.
O, ictimai fəaliyyətinə 2005-ci il iyun ayında Gənclər Təşkilatları Milli Şurasında başlayıb.
2012-ci il iyul ayında Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
M. Seyidov 2019 – cu ilin 22 oktyabr tarixindən etibarən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, icra başçısı eyni zamanda, 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2015-ci il 29 may tarixindən etibarən 6 il müddətinə İctimai Televiziyanın Yayım Şurasının üzvü seçilib.
M. Seyidov ailəlidir, 1 övladı var.