Cümə axşamı, 15 Oktyabr 2026 23:19:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

“Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”-Emin Əmrullayev

14.02.2020 22:46 · 488 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Bizdə məktəb hələ də kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır”

Bu sözləri Təhsil Nazirliyinin aparatının əməkdaşları, yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Təhsildə keyfiyyətin təminatı”na dair müşavirədə Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.

O, orta ümumtəhsil müəssisələrinin bu şəkildə rəsmiləşməsində hər hansı fayda görmədiyini bildirib:

“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir. Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub: “Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.

Emin Əmrullayev təhsildə keyfiyyət təminatından bəhs edərkən aşağıdakı məsələlərə toxunub:

“Nə istəyirik? Bunun üçün bizə hansı alətlər lazımdır? Bunlar çox əsasdır. Vasitələr həmin hədəflərə uyğun seçilib, düzgün, yerində istifadə edilsə, əminəm ki, nəticə verəcək. Çünki burada mürəkkəb bir problem yoxdur. Bunun üçün böyük bir bacarıq da tələb olunmur. Sadəcə istək və düzgün yanaşma kifayətdir”.(AzEdu.az)

↑