Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi
  • Gündəm

Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi

rubinroot Yanvar 15, 2020
82140657_475069293418724_172822423064805376_n

11 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Gənci-Nihan mənəm” layihəsi çərçivəsində gənclər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir. Tədbirdə çıxış edən layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini qeyd etmiş, məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənmək olduğunu bildirmişdir. Digər çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülmüş, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları isə bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir. Müsabiqə seçilmiş şeirlərin məzmuna uyğunluğu, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə almaqla keçirilmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən I yerə Muradlı Rəbiyə, II yerə Qasımlı İnci, III yerə isə Həmidov Emil layiq görülüb. Sonda qaliblərə sertifikat və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakı Dövlət Universitetinin müəllimi tanınmış hüquqşunas alim Əsmər Əliyevanın namizədliyi qeydə alındı
Next: “Prezidentin həyata keçirdiyi islahatlara kölgə salan rüşvətxorluq hallarına qarşı mübarizə davam etdirilir”

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.