Türkiyənin Şimalinda Türkiye silahlı qüvvələri və Suriyanın milli ordusu ile gerçəkləşdirdiyi “Sülhün mənbəyi” hərbi əməliyyatları uğurla davam edir.
Dünyanın hər yerindən yüzlərlə media mənsubları Akçakale və sərhəd zonalarda baş verənləri izləmək üçün bölgədədi. Türkiyənin Cümhurbaskanlığı İletişim başkanlığının xüsusi qəragahı yaradılıb ki, həmin yerdə media nümayəndələri akreditə olunur.
“Xəzər TV”-nin Türkiyə üzrə təmsilçisi Vüsalə Abbasova da Suriyada baş verənləri izləmək üçün həmin bölgəyə gedib.
“Rubin.az” xəbər verir ki,O Azxeber.com-a açıqlamasında Suriyada yaşananlardan danışıb:
“Bizə verilən kartlarla ərazilərdə baş verənləri izləyə bilirik. Medianın gözü Sərhəddən gələn ən kiçik bir xəbərdədi. Şanlıurfada Ağcakaleyə gedən yollarda Türk əsgərinə dəstək dolu kamyonlara addım başı rast gəlmək olar. Əslində, dünya mediasının göstərdiyi qədər dəhşətli bir vəziyyət yoxdu ərazidə. Türk polisi və hərbiçilər ərazini çox güvənli qoruyur. Media onların təlimatlarə əsasında hərəkət edir. Təbii ki, baş verənləri maksimum yaxın sərhəd ərazidə izləyirik. Axşamlar media mənsubları Şanlıurfaya dönür, təxminən 50 km məsafə var Şanlıurfa və Ağcakale arasında. Bölgədə hava çox istidi, bir qədər ərazide işləməyi çətinləşdirir istiler. Təbii ki Mehmetçiyin bu çətin və şərəfli görəvində onun səsi olmaq mənim üçün qururdur.
Ərazidə Türk əsgərinin, polisin nə qədər şücayətli olduğunu görmək heç şübhəsiz qələbənin yaxın olduğundan xəbər verir. Azərbaycan mediası olduğumuzu söylədiyimiz zaman xalq həyəcanla sevgi ilə düşüncələrini bölüşməyə can atır. Qardaş yanımızdadırsa bizə zaval gəlməz deyirlər. Ötən gün Akcakaledən təhlükəsizlik səbəbi ilə Harran sığınacaq mərkəzinə yerləşdirilən ailələrdən çəkliş etdik, həmsöhbət olduq. Mehmetciyin terordan təmizlədiyi ərazilərə dönən ailələr vardı, onları görüntülədik.
Uşaqlarının sevinc dolu gülən üzlərini görmək o qədər gözəl idi ki, sözlə ifadə edə bilmirəm. Əraziyə getdiyim ilk gündən o qədər həsaslaşmişam ki, hər kiçik bir hadisədən gözlərim dolur. Evinə bomba düşən bir ailəni ziyarət etdik.
Evin sahibi deyir ki, mən evsiz qala bilərəm amma vətənsiz qala bilmərəm. Olsun evim getsin amma vətənim yetər deyir. Düşünürəm ki, Türk xalqının bu qədər iradəli və möhkəm duruşu nəyə desəniz dəyər. Ötən günlər kiçik ticarət obyektləri bağlanmışdı, ancaq bu gün fəaliyyətini bərpa etdi. İnsanları bu gün daha xoşbəxt gördüm Akçakalenin mərkəzində. Şanlıurfada yaşayan suriyalilar da yürüşlər keçirir və Mehmetçiyə dəstək verirlər. Əraziyə yeməklərlə əlidolu analar gəlir, Mehmetçiyə yemək göndərmək istədiklərini deyirlər.
Bir sözlə, burada ab-hava ən yüksək səviyyədədir. Əminik ki, Türkiyə bu hərbi əməliyyatdan da uğurla çıxacaq və Mehmetçiğin qələbə xəbərini Azərbaycan izleyicisinə biz verəcəyik”.
Xəzər TV əməkdaşlarının hadisə yerindən çəkdiyi fotoları təqdim edirik: