Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Südpulu” elektronlaşdırıldı – Valideynlərə şad xəbər + Video
  • Gündəm

“Südpulu” elektronlaşdırıldı – Valideynlərə şad xəbər + Video

rubinroot Oktyabr 11, 2019
0000000000000000000000000000000000000000

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb. 

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: “Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur.

Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.

Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir”.

Nazir müavini qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb.

Günel Hacı

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev : “Mən onu canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi”
Next: Prezident İlham Əliyevdən təbrik məktubu

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.