Cümə axşamı, 15 Oktyabr 2026 23:19:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Elm

5 Oktyabr Beynəlxalq Müəllimlər günü Yevlax şəhər 2 nömrəli orta məktəbdə təntənə ilə qeyd olundu – FOTOLAR

05.10.2019 22:14 · 1. 371 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbdə yüksək səviyyədə qeyd edilib.
“Rubin.az” xəbər verir ki, tədbirdə məktəbin qocaman və gənc müəllim heyəti, əməkdaşları, şagirdləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni sədaları ilə açıq elan edilib. Sonra məktəbin həyat və fəaliyyətindən bəhs edən video rolik nümayiş edilib.
Tədbiri giriş sözü ilə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova açıb. Məktəbin rəsmisi tədbir iştirakçılarını müəllim günü münasibəti ilə təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandıran Sədaqət Şükürova müəllim adının bütün zamanlarda uca və müqəddəs sayıldığını bildirib və bütün müəllimləri bu adın şərəfini daima yüksəltməyə, ölkəmizin inkişafı naminə hazırlıqlı kadrlar yetişdirməyə səsləyib. Ulu öndər Heydər Əliyevin “müəllimdən müqəddəs peşə yoxdur” kəlamını xatırladan direktor müəllim peşəsinin müqəddəsliyindən, bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində əvəzsiz rolundan danışıb. Məktəbin qazandığı təhsil uğurlarında müəllimlərin əhəmiyyətli rolunu önə çəkən Sədaqət Şükürova onların çətin əməyinin hər cür alqışa və mükafata layiq olduğunu diqqətə çatdırıb. Direktor xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb, göstərilən xüsusi diqqət və qayğıya görə məktəbin direktoru Sədaqət müəlliməyə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirak edən məktəbin qocaman müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Balacaların ifasında səsləndirilən şer, mahnı və rəqslər iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

↑