Bazar ertəsi, 23 Noyabr 2026 11:32:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
23 Noyabr 2026
SON XƏBƏRLƏR
Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00
Rəsmi

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik edilir

21.09.2019 00:11 · 764 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Müəllimlərin işə qəbulu müsabiqəsinin əsas turları zamanı ümumilikdə 3260 nəfər işə qəbul edilib. Hazırda ümumilikdə 65 şəhər və rayon üzrə həmin şəxslərdən nə qədərinin əmək fəaliyyətinə başladığı ilə bağlı dəqiqləşdirmə işləri aparılır”.

“Rubin.az” xəbər verir ki,bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Şöbə müdirinin müavini qeyd edib ki, ötən həftə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 2040 namizəd təhsil müəssisələrinə işə qəbul edilmək imkanı qazanıb. Həmin şəxslərdən təxminən 1440 nəfəri müvafiq qaydada qeydiyyatdan keçib:

“Qeydiyyatdan keçilməyən yerlər də növbəti dövrdə vakant yer kimi elan olunacaq. Növbəti turda respublika üzrə nə qədər yer qalıbsa, hər biri elan olunacaq. Elan olunacaq vakant yerlərin içərisində sosial məzuniyyət yerləri olan vakansiyalar da olacaq ki, bunlar əvvəlki dövrlərdə elan edilməyib. Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayacaq. Ümumilikdə müsabiqəyə 4000-dən çox vakant yer çıxarılacaq. Sentyabrın 23-də yerləşdirmələr aparılaraq bu barədə vətəndaşlara məlumat veriləcək. Daha sonra vakant yerlərə qəbul olan vətəndaşlar düşdükləri vakansiyada qeydiyyatdan keçə biləcəklər. Bu proses il boyu davam etdiriləcək. Ancaq sonrakı dövrlərdə bu, mərkəzləşmiş qaydada həyata keçirilməyəcək”.

 

M. Camalzadə deyib ki, artıq vakant yerlərə yerləşdirmə coğrafi bölgü prinsipi nəzərə alınmaqla ən yüksək bal ardıcıllığından başlayaraq təklif olunacaq: “İndi vakant yerlərin seçimi elektron qaydada həyata keçirilir. Elə bir dövr gəlir ki, biz artıq vakant yerlərin seçimini elektron formatda həyata keçirə bilmirik, çünki proses daha çevik olmalıdır. Eyni zamanda vakant yerlərin sayı o qədər çox olmur ki, elan edək. Ona görə də hər rayonda olan vakant yerlər sırf həmin rayonun sakinləri olan və ən yüksək bal toplayan namizədlərə təklif edilir. Onlar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, heç bir vakant yer tutmayan namizədlərdir. Müddətsiz əsaslarla işə qəbul, eləcə də müddətli müqavilənin ilk turları zamanı coğrafi bölgü prinsipini həyata keçirə bilmirik. Çünki vətəndaş yaşadığı yerdə, yaxud başqa yerdə işləməyi özü seçir. Bununla bağlı dəyişiklik nəzərdə tutulmur”.

Murad Camalzadə bildirib ki, hazırda bağlanan müddətli müqavilələr vakant yerdisə, tədris ilinin sonuna qədər bağlanılır. Sosial məzuniyyət yeridirsə, həmin məzuniyyətin özünün müddəti olur: “Elə yerlər var ki, 4 aylıqdır, bəzi yerlər isə daha uzunmüddətlidir. Amma istənilən halda əmək müqaviləsinin müddəti iyunun 14-nə qədər bağlanılır və həmin gün müqavilə ləğv edilir. Lakin ötən tədris ilindən başlayaraq daimiləşmə müsabiqəsi həyata keçirməyə başlamışıq. Yəni, müddətli əsaslarla işə qəbul edilən şəxslər üçün aprel-may aylarında mərkəzləşmiş qaydada daimiləşmə müsabiqəsi həyata keçirilir. Müddətli əsaslarla vakant yerdə işləyənlər həmin müsabiqəyə müraciət edir. Keçid balı varsa və işlədiyi yer vakantdırsa, bu zaman həmin şəxslərlə müsahibə təşkil olunur. Müsahibədən uğurla keçən şəxslər işlədikləri yerdə daimiləşirlər. Yəni, indi müddətli işə girən şəxslərin tədris ili ərzində daimi əsaslara işə keçmək imkanı mümkündür”.

↑