Rubin.Az xəbər verir ki, rəssam Nihad Əliyev “Titanik” gəmisinin qəzası mövzusuna aid çəkdiyi rəsm əsərini təqdim edərək, rəsm haqqında məlumat verib. O, qeyd edib ki:
“Titanik gəmisinin qəzası, XX əsrin ən unudulmaz tarixi hadisələrindəndir. Həmin bu hadisə 1912-ci ilin aprel ayının 14-dən 15-ə keçən gecə baş verib. Qəzaya səbəb – Atlantik okeanın şimalında aysberqlə toqquşma nəticəsidir. Aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas edəcək sayda qayıq vardı. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1 514 nəfər həlak olmuşdur. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı, çünki dövrünə görə onun hazırlanması üçün ən müasir texnologiyadan istifadə edilmişdir. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə, qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı.
Hadisənin qurbanına çevriləndən biri də, ABŞ-n ən qabaqcıl pərakəndə ticarət şəbəkələrindən olan «Macy’s»-n sahibi İsidor Ştraus və onun xanımı İda Ştrausdur. Həyat yoldaşından fərqli olaraq, İda Ştrausun cəsədini tapmaq mümkün olmayıb. Bronksda (Nyu-Yorkda), Isidor Ştrausun qəbri üzərində həyat yoldaşının xatirəsinə kenotaf (boş qəbirdən ibarət olan dəfnetmə abidəsi.) qoyulub. İsidor Ştraus 7 övlad anası olub. Həmin övladlardan biri kiçik yaşlarında dünyasını dəyişib. İda Ştraus və İsidor Ştraus bütün ömürləri boyu saf-sevgi və məhəbbət əsasında yaşayıblar.
Titanik qəzası faktına əsas bir neçə dəfə film çəkilsə də , kanadalı kinorejissor, prodüser, ssenari müəllifi Ceyms Kemeron tərəfindən çəkilən “Titanik” filmi daha böyük üstünlük təşkil edən film hesab edilir. 1997-ci ildən 2019-cu ilə dək 11 Oskar mükafatına layiq görülüb və dünya kinematoqrafı tarixində yüksək xəzinə şəkli adıyla qaldı. Həmin bu film ilk dəfə 1997-ci ilin 1 noyabr tarixində Tokioda keçirilən Beynəlxalq kino festivalında nümayiş olundu.
Mən ilk dəfə bu filmi bu filmi 1998-ci ildə izləmişəm, o vaxt mənim 12 yaşım var idi, hələ orta məktəbdə oxuyurdum. Bu film, dünyada ən çox sevdiyim filmlərdən biri oldu. Anamın isə 38 yaşı var idi. Həmin ildə, mənim anam da mənimlə birgə bu filmi izlədi və onun üçündə bu film dünyada ən çox sevdiyi filmlərdən oldu. Filmi izlədikdən sonra, mən və mənim anam “Titanik qəzası” haqqında tarixi fakta aid məlumata malik olduqda, tarixi qəhrəmanlar İda Ştraus və İsidor Ştraus haqqında deyilənlər anamda diqqət cəlb elədi. Mən və mənim anam bu iki cütlüyün xeyirxah insanlar olduğunu bildik. Mən belə düşündüm ki, anamın xasiyyəti də, İda Ştrausun xasiyyəti kimidir, çünki hər ikisinin xasiyyəti, saf sevgi və məhəbbət əsasında öz ömür-gün yoldaşını və övladlarını dəyərləndirməsi, insanlara sidqi-ürəkdən mərhəmət və xeyirxahlıq göstərməklə eynidir. Bunun üçün, həmin bu çəkdiyim rəsm əsərini, anama həsr edirəm.
Rəssam sözlərində əlavə edib ki, Titanik qəzası dünya tarixində XX əsrin unudulmaz tarixi hadisələrdən biri olduğunu və həmin bu tarixi fakta əsasən çəkilən filmlər içərisində, 1997-ci ildə Ceyms Kemeron tərəfindən çəkilən “Titanik” filminin ən yüksək nəticə əldə etməyii və böyük üstünlük təşkil etdiyi üçün, belə bir qərara gəldim ki, Ceyms Kemeronun portretini kompozisiya əsasında çəkim.
“Çəkdiyim rəsm əsərinin adı: Kinorejissor, ssenari müəllifi, prodüser Ceyms Kemeron. “Titanik qəzası”.
Rəsm əsərində, C. Kemeronun portretini, Atlantik okeana təəcüblə baxdıqda, fırtına gördükdə, “Titanik” qəzası və həmin qəzaya əsas çəkdiyi film göz önünə gəldikdə, fikrə getməsini təsvir eləmişəm.
Rəsm əsərinin aşağı sağ tərəfində, “Titanik” gəmisinin batması və suyun üzərində görünən iki nəfərin biri-birinin əllərinin tutması – sol tərəfdə ki yaşlı qadın əlləri, İda Ştrausun əlləri mənasını verir, sağ tərəfdəki gənc qız əlləri isə, qulluqçu Ellen Berdin əlləri mənası daşıyır. İki nəfərin biri-birinin əllərinin tutması – son görüş və son vida adlanır, və Ştrauslar öz yerlərinə, Ellen Berd adlı qulluqçularını yerləşdirirlər. Qulluqçularını qayığa yerləşdirdikdə, İda Ştraus öz qiymətli xəzini üzərindən çıxarır və qulluqçusunun çiyninə geyindirməklə, təqdim edərək ona deyir: Al mənim əziz balam, soyuq gecədir. Ellen isə deyir: Aman Allah, mənə bu cür qiymətli hədiyyə verilir? Ellen çıxarmaq istəyəndə, İda Ştraus onun əllərini tutaraq yüngül təbəssümüylə qulluqçuya baxaraq deyir: Mən belə düşünürəm ki, bu xəz mənə daha lazım olmayacaq. Bundan sonra, qulluqçu qayığa yerləşdirilir.
Sağ tərəfdə, qulluqçunun yerləşdiyi qayığın, gəmi tərəfdən uzaqlaşması, gəminin batması, qulluqçunun batan gəmiyə baxıb dəhşətə gəməsi nəticəsində, İda Ştrausun ona verdiyi xəzi çıxarıb, əllərində sıxaraq, hönkür-hönkür bərk ağlamağını təsvir eləmişəm.
İki yaşlı sevgili cütlüyün fırtınada olmasının mənası. İki yaşlı cütlük, İda Ştrausla İsidor Ştraus mənasını verir. Ölümə doğru addım və əbədiliyə qovuşmaq deməkdir. Titanik qəzası zamanı, zabitlərdən biri bu çütlüyün yaşlı olmasını nəzərə alaraq, təklif etdi ki, qayığa yerləşdirsin. Lakin, İsidor Ştraus digər kişilər kimi gəmidə qalmaq və kömək etmək istəyirdi. O, öz ömür-gün yoldaşının həyatını xilas etmək məqsədiylə, onu qayığa yerləşdirməyə çox çalışdı, lakin İda Ştraus imtina edərək belə söylədi: Mən öz ömür-gün yoldaşımı qoyub getmərəm, biz hər zaman bir olmuşuq və bir öləcəyik. Ştrauslar öz yerlərinə, Ellen Berd adlı qulluqçularını yerləşdirirlər. İda Ştraus öz həyat yoldaşıyla gəmidə qalır və gəmi batan zamanı dünyasını dəyişirlər. Həmin bu Titanik qəzasından sonra, Ellen Berd 40 il artıq ömür yaşayır.
Yuxarı sağ tərəfdə “Titanik” gəmisinin aysberqlə toqquşma nəticəsində batmasının son dəqiqələrini təsvir eləmişəm.
Rəsm əsərinin yuxarı sol tərəfində, İda Ştrausla İsidor Ştrausun ruhları obrazını təsvir eləmişəm. Yəni onlar həyatda olmasalar da, ruhları yaşayır və bir-birinə qovuşub. Qeyd etmək istəyirəm ki, İda Ştrausla İsidor Strausun təvəllüdləri fərqli olsada, bir gündə (yəni 6 fevral tarixində) dünyaya göz açıblar. Hər iki cütlük, bir gündə dünyaya göz açdılar və bir gündə dünyalarını dəyişdilər”.