Türkiyənin Ordu şəhərində fındıqçılığın inkişafına dair beynəlxalq tədbir keçirilib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da tədbirdə iştirak edənlər arasında olub.
Tədbir zamanı qonaqların əyləşdiyi masada Azərbaycan dövlət bayrağının tərs qoyulması Kərimovun diqqətindən yayınmayıb. O, bayrağı götürərək lazım olduğu qaydada düzəldib.