İqtisadiyyat naziri Şahin Mustafayev bu gün sahibkarlarla görüşündən sonra onlara veriləcək yardım haqda ətraflı açıqlama verib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki , Ş.Mustafayev bildirib ki, baş vermiş hadisə ilə bağlı cənab prezident İlham Əliyev dünən müşavirə keçirib və tapşırıqlarını verib. Prezident bir daha öz humanist mövqeyini nümayiş etdirirək bildirib ki, vətəndaşın, sahibkarın yanındadır.
Baxmayaq ki, dünya praktikasında dövlət belə hadisələr zamanı heç bir öhdəlik daşımır.
Azərbaycan prezidenti bəyan etdi ki, dövlət sahibkarlara dəyən ziyanın ödənilməsi üçün addımlar atacaq. Prezidentin tapşırığı ilə yaradılan İşçi Qrup artıq fəaliyyətə başlayıb. Dünən biz böyük həcmli təşkilati işlər gördük. Bu gün sahibkarlarla görüşdə anket xarakterli suallar verilib araşdırma aparılır.
Sahibkarlara ilkin maddi yardım veriləcək, güzəştli uzunmüddətli kreditlər təklif olunacaq. Bu kreditləri banklar 4 faiz, Sahibkarlığa Kömək Milli Fondu 1 faiz, ümumi 5 faizlə verir. Lakin bu hadisədə zərərçəkən sahibkarlar üçün biz 1 faiz faizdən imtina edirik. Bu da ölkə başçısının niyyətidir. Eyni zamanda, dünən və bu gün şəhərdə yerləşən müxtəlif ticarət mərkəzləri ilə görüş keçirilir. Onlarda boş olan yerlər yanğında zərərçəkən sahibkarlara təqdim olunacaq. İlkin 4-5 ay ərzində sahibkarlardan icarə haqqı alınmayacaq. Növbəti aylarda isə həmin şəxslər 20 faiz güzəştlə icarə haqqı ödəyəcəklər. Zərərçəkmiş sahibkarlara maddi yardım üçün prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Bu vəsaitdən istifadə edərək gələn həftədən sahibkarla ilkin maddi yardım ödəniləcək”.
Nazir “Diqlas”ın taleyi barədə də suala cavab verib: “Diqlas” Ticarət Mərkəzi özəl müəssisədir. Bu məsələ dövlətin öhdəsində deyil. Bu, artıq “Diqlas”ın sahiblərinin mövqeyindən asılı olan məsələdir. Onlara da dövlət dəstəyi müzakirə oluna bilər. Lakin bu, bu gün həll olunan məsələ deyil.
Sahibkarla dəyən ziyanın müəyyən olunması üçün gömrük, vergi və digər qurumların məlumatından istifadə olunacaq”.
İlkin məlumata görə, 170-ə yaxın mağazaya ziyan dəyib.