Skip to content
Ocak 15, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı ötən il 2 dəfəyə yaxın artıb
  • Gündəm

Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı ötən il 2 dəfəyə yaxın artıb

Rubin Az Ocak 15, 2026
6968c13aaada06968c13aaada117684728906968c13aaad9e6968c13aaad9f.jpg

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining” (AAM) şirkəti ötən il qızıl hasilatını kəskin artırıb.

“APA-Economics” xəbər verir ki, mədən şirkətinin 2025-ci ildə qızıl hasilatı 25 061 unsiya təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 66% çoxdur. Qızıl istehsalı yenilənmiş proqnoz aralığının (25 000–28 000 unsiya) aşağı həddinə uyğun formalaşıb.

AAM-in 2025-ci ildə mis hasilatı 7 915 ton olub. Bu, əvvəlki ilə nisbətən 21 dəfə çoxdur və şirkət tarixində ən yüksək illik mis istehsalı kimi qeydə alınıb. İstehsalın artımı əsasən Gədəbəy mədənində hasilatın genişlənməsi, Dəmirli mədəninin istehsala başlaması ilə əlaqələndirilir. Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.

Şirkət əlavə edib ki, 31 dekabr tarixinə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. 2025-ci il dekabrın 31-nə satılmamış qızıl-filiz ərintisi (dore) və mis konsentratı ehtiyatları 37,7 milyon ABŞ dolları məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 504 ABŞ dolları dəyərində olmaqla, tərkibində 2 457 ton mis olan konsentrat da daxildir.

Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Avropa ölkələrinin bir qrup hərbçisi Qrenlandiyaya çatıb
Next: Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.