Cümə axşamı, 29 Oktyabr 2026 23:04:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Müasir Azərbaycan Konstitusiyası ideoloji sənəddir

12.11.2024 12:07 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Konstitusiya müstəqil dövlətin ən ali qanunu, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edən sənəddir. Konstitusiya cəmiyyətin bir növ mikromodelidir. Onun sərhədləri çərçivəsində dövlət hakimiyyətinin mexanizmi fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişaf sahələri əvvəlcədən müəyyənləşir. Konstitusiya həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edən bir sənəddir. Ona görə də onun həcmi tarixi inkişafın gedişində dəyişir. Məhz buna görə də 2002 və 2009-cu illərdə konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keşirilmişdir. Konstitusiyaya olunan əlavə və dəyişiklik insan hüquq və azadlıqlarının təkmilləşdirilməsini, effektiv idarəetmə mexanizminin formalaşdırılmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və s. ehtiva etmişdir.

1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti konstitusiyasını qəbul etməyə macal tapmamış süqut etdi. İlk konstitusiya yalnız 77 il sonra—1995-ci ildə qəbul olundu. Bu konstitusiya yalnız hüquqi deyil, həm də ideoloji sənəd oldu. Belə ki Cümhuriyyətin qurucularının irəli sürdüyü azərbaycançılıq ideyası illər sonra-1995-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanın ilk konstitusiyasında daha da zənginləşdirildi və dövlət siyasəti səviyyəsinə yüksəldildi.

Konstitusiyamızda öz əksini tapan azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyada məqsəd çoxmillətli və müxtəlif dinli Azərbaycan xalqının birləşməsidir. Məhz buna görədir ki, etnik və dini icmalar arasında dözümlülük hökm sürmüş, bu siyasətin nəticəsi olaraq fərqli etnik və dini konfessiyaların nümayəndələri Azərbaycan xalqı ilə həmrəy olmuş, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi dövründə vətənimizin azadlığı uğrunda qəhrəmanlıqlar göstərmişdir.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”. Müstəqil Azərbaycanın Konstitusiyasında bu ideyaları həyata keçirmək üçün bütün məqamlar nəzərə alınmışdır.

Ona görə də Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları və ümumbəşəri dəyərlərindən yoğrulan Azərbaycan Konstitusiyası dövlətimizin gələcək inkişafı və tərəqqisi yolunu daim işıqlandıracaq.

 

Ülkər Qarayeva

Suraxanı rayonu, A. Aqarunov adına 154 nömrəli orta məktəbin müəllimi

 

 

↑