Cümə axşamı, 29 Oktyabr 2026 18:08:44 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

Xankəndi üçrəngli bayrağımızla daha parlaq görünür

15.10.2024 14:06 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ötən il bu gün, yəni oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldıldı. Bu artıq bütöv Azərbaycanın müstəqilliyinin bərpasının təntənəsi idi. Bu qalibiyyət yolunun son mərhələsi idi. Beləliklə, ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Bu qalibiyyət,  bu zəfər Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün eyni anda meydanda olması ilə  mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəni yaşatdı.

Böyük gücə sahib ordumuz xüsusi peşəkarlıqla meydanı əlinə almışdı, Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni geri oturtdu,  kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə Türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir.

Ordumuz hələ 2020-ci ilin noyabrında Xankəndiyə daxil olacaqdı. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinə bir nəfəs qədər yaxın idilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Təbii ki bu yola qalibiyyət və özümüzün olanı tam geri almaq üçün çıxan ordumuz bununla kifayətlənə bilməzdi.  Xankəndisiz, Xocalısız qələbəmiz yarımçıq olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-da 24 saatlıq antiterror tədbirləri həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bu əməliyyatı unutmasın, Azərbaycan Ordusunun nəyə qadir olduğunu unutmasın. Silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəksin. Unutmasın ki, havadarları onu məhvə sürükləyir.

Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, öz Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür.

Qənirə Əlizadə

Suraxanı rayonu, Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑